Yunanıstanda futbol klubunun qapıçısı məşq zamanı keçinib
Yunanıstanın "Veriya" klubunun qapıçısı Stelios Markusi komandanın məşqi zamanı keçinib.

Faciəvi hadisə sentyabrın 2-də qeydə alınıb.

18 yaşlı futbolçu klubun məşqi zamanı huşunu itirib və qazona yıxılıb. Sonradan Markusis xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qapıçıya ürək tutması diaqnozu qoyulub.

Xəbər 659 dəfə oxundu.