Rahid Əmirquliyev: "Necə alınacağını görəcəyik"
Bu gün Azərbaycan milli komandası Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiyanı qəbul edəcək.

Millimizin yarımmüdafiəçisi Rahid Əmirquliyev oyun haqda fikirlərini bölüşüb:

"Bu oyunun çətin keçəcəyini bilirik. Matçda kimin qol vuracağının elə bir önəmi yoxdu. Əsas məsələ sərfəli nəticə qazanmaqdı. Yaxşı oyun göstərməyə və müsbət nəticə qazanmağa çalışacağıq. Uzaqdan zərbələr üzərində xüsusi çalışmamışam. Necə alınacağını görəcəyik. Biz oyundan yaxşı nəticə ilə ayılmaq gücündəyik"

Xəbər 689 dəfə oxundu.