AzAL əsas futbolçusundan birini itirdi
AzAL ciddi itki ilə üzləşib. İdman.com.az saytı xəbər verir ki, paytaxt klubu aparıcı oyunçularından Zoahir Benuahini itirib. Belə ki, mərakeşli orta sahə oyunçusu ciddi zədə alıb. O, mövsümün qalan hissəsinə hazırlıq dövründə ayağını zədələyib. Bu üzdən xeyli müddətdi məşq edə bilməyən futbolçunun hələ daha bir neçə gün məcburi istirahət edəcəyi bildirilir.

Benuahinin öz sözünə görə, o, məşqlərə ən tezi bir həftədən sonra başlaya biləcək. Belə olan halda təcrübəli futbolçunun komandasına fevraldakı oyunlarda tam gücüylə kömək edib-etməyəcəyi sual altındadır.


Xəbər 1013 dəfə oxundu.