"Liverpul"un yeni braziliyalı ulduzu
“İnternasional”ın gənc ulduzu Allan Rodriges de Souza Avropada top qovacaq.

“Liverpul” 18 yaşlı braziliyalı futbolçuyla münasibətlərini rəsmləşdirib.

İngiltərə təmsilçisi istedadlı yarımmüdafiəçinin oyun təcrübəsi yığması üçün Finlandiyanın SYK klubuna icarəyə verib.
Qeyd edək ki, “Liverpul”un gənclərdən ibarət komandasında baxışda olmuş “sambaçı” yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərib.

Xəbər 634 dəfə oxundu.