Futzal millimizdən növbəti qələbə
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Belarus yığması ilə növbəti yoxlama oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, ABU Arenada keçirilən oyunda millimiz 2:1 hesabı ilə qalib gəlib.

Millimizin hər iki qolunu Rafael Durval vurub.

Xatırladaq ki, bu komandalar arasında avqustun 31-də keçirilmiş oyun millimizin 5:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xəbər 674 dəfə oxundu.