AFFA-nın prezidenti milli komanda ilə görüşdü
“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Xorvatiya oyunu ərəfəsində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, R.Abdullayev millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

AFFA-nın baş katibi Elxan Məmmədov da görüşdə iştirak edib.

Xəbər 697 dəfə oxundu.