Məşhur alpinistlər həlak oldu - Peru dağlarında
Rusiyanın iki məşhur alpinisti - Aleksandr Ruçkin və Vyaçeslav İvanov faciəli şəkildə ölüblər.

Alpinistlər Peru dağlarında həlak olublar. Onların cəsədi 5 min 300 metr hündürlükdə aşkarlanıb.

Rusiya Alpinizm Federasiyasından verilən məlumata görə, idmançılar eniş zamanı həlak olublar.

Federasiya rəsmisi alpinistlərin ölümü barədə ətraflı məlumat veriləcəyini bildirib.


Xəbər 1950 dəfə oxundu.