Polo üzrə Avropa çempionatı ilə bağlı mətbuat konfransı və iştirakçı komandaların təqdimetmə mərasimi keçiriləcək
Polo üzrə Avropa çempionatı ilə bağlı mətbuat konfransı və iştirakçı komandaların təqdimetmə mərasimi keçiriləcək

Tədbir sentyabrın 3-ü saat 13:30 da “Bouelvard Hotel”də baş tutacaq. (Ünvan: Bakı Ağ Şəhər.)

Mətbuat konfransında komandalar və sponsorların təqdimatı keçiriləcək. Təqdimolunma ardıcıllığı aşağıdakı kimi olacaq:

Azərbaycan / Silvestre Garros / EMBAWOOD
Almaniya / Dirk Baumgärtner / GRYPHON RACING
İrlandiya / James d. Kennedy / ELITE HORSE & POLO CLUB
İtaliya / Alessandro Giachetti / GARACAY HOLDING
İspaniya / Luis Benjumea Llorente / JALƏ
İsveçrə / Adrian Laplacette / BOULEVARD HOTEL


Mətbuat konfransına bütün media nümayəndələri dəvətlidir. Tədbir zamanı Media işçilərinə yarış üçün akkreditasiyalar paylanacaq.
Xatırladaq ki, Sentyabrın 4-ü Azərbaycan Respublikası Atçılıq Federasiyası, “Elite Horse and Polo Club” və “World Polo”-nun birgə təşkilatçılığı ilə, Binə qəsəbəsindəki Elite Horse & Polo Club-da 1-ci FİP Arena Polo Avropa Çempionatına start veriləcək. Turnir Sentyabrın 12-sinə qədər davam edəcək

Xəbər 1046 dəfə oxundu.