​"Mançester Yunayted" dünya futbolunun tarixinə düşüb
İngiltərənin "Mançester Yunayted" klubu dünya futbolunun tarixinə düşüb. Mançester təmsilçisi buna 19 yaşlı futbolçuya yüksək transfer məbləği ödəməklə nail olub.

Lui Van Qaalın komandası "Monako"da çıxış edən Antoni Martialın keçidi üçün 49 milyon avro ödəyib. Bu isə bu yaşda olan bir futbolçuya ödənilən ən böyük transfer məbləğidir.

Artıq tərəflər münasibətlərini rəsmiləşdirib. Gənc futbolçu hücum xəttinin hər iki cinahında oynamaq üstünlüyünə sahibdir.

Qeyd edək ki, Antoni Martial 2 il əvvəl 3,7 milyon avro müqabilində "Lion"dan "Monako"ya transfer edilib.

Xəbər 658 dəfə oxundu.