Millimizin rəqibinin heyətində ciddi itki
Azərbaycanın Avro-2016-nın seçmə mərhələsindəki qrup rəqiblərindən olan İtaliya millisi itki ilə üzləşib.

Sebastian Covinkonun zədələnməsindən sonra baş məşqçi Antonio Konte əvəzində “Napoli”nin yarımmüdafiəçisi Lorenzo İnsinyeyə dəvət göndərib.

Qeyd edək ki, İtaliya millisi seçmə mərhələ çərçivəsində sentyabrın 3-də Florensiyada Maltanı, 6-da isə Palermoda Bolqarıstanı qəbul edəcək.

Xəbər 719 dəfə oxundu.