Şahbuz rayonunda voleybol birinciliyinə yekun vurulub
Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Şahbuz rayon bölməsinin və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında idarə, müəssisə, təşkilat və kənd inzibati ərazi dairələrinin voleybol komandaları arasında rayon birinciliyi keçirilib.

Olimpiya sistemi üzrə dörd gün davam edən birincilikdə 10 komanda mübarizə aparıb.

Finala gedən yolda bütün rəqiblərini məğlub edən icra hakimiyyətinin komandası ilə Kükü kənd inzibati ərazi dairəsinin komandası həlledici qarşılaşmada üz-üzə gəliblər. Daha üstün oyun göstərən icra hakimiyyətinin komandası 3:1 hesablı qələbə qazanıb.

Sonda qalib komandaya kubok, medal və diplom təqdim olunub.

Xəbər 684 dəfə oxundu.