Şahmat üzrə dünya kubokunun təbliğat videosu təqdim olunub
Sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku yarışlarının təbliğat videoçarxı hazırlanıb.

Videoçarxı “Youtube” sosial şəbəkəsində aşağıdakı linkdən izləmək mümkündür: https://www.youtube.com/watch?v=96J23BQbVIY

FİDE-nin ən mühüm yarışlarından biri olan dünya kuboku “Fairmont” otelində keçiriləcək. Turnirdə 45 ölkədən 128 şahmatçı mübarizə aparacaq. Yarışın finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Xəbər 656 dəfə oxundu.