İspaniya klubları transfer rekordu qırdı
İspan klublarının transferlərə xərcləri 3-cü ildir ki, artır. Bu mövsüm 20 komanda 2007-ci ildəki rekordu yeniləyib. Həmin yay yeni futbolçulara 641 milyon sərf edildiyi halda , bu yay məsrəf 558,3 milyon avro təşkil edib.

Maraqlıdır ki, ən çox pul xərcləyənlər arasında lider Real və Barselona deyil. İlk 2 sırada Valensiya və Atletiko qərarlaşıb.Valensiyalılar 137 milyon avro xərcləyiblər. Bu məbləğin əksər hissəsi komandada oynayan futbolçuların tam alınmasına sərf edilib.

Atletikonun isə transferə məsrəfi 126 milyon avro olub. Eyni zamanda Madrid təmsilçisi futbolçuarının satışından 120 milyon avro əldə edib.

De Xea transferində biabırçılqla üzləşən Realın yay məsrəfi 88,9 milyon təşkil edib. Bunlardan əksəriyyəti Danilo və Kovaçiçin alqısına gedib. Barselona FİFA-nın qoyduğu transfer qadağasına görə fəallıq nümayiş etdirə bilməyib.Arda Turanı heyətinə qatan Barsanın məsrəfi elə də böyük deyil.

Yay ərzində gözlənildiyi kimi ən az xərcləyən Xetafe və Sportinqdir.Onlar 1 sent belə sərf etməyib. Rayo Vallekano 11 futbolçunu 100 min avroya , Eybar 15 oyunçunu 300 min avroya alıb. Ən çox yeni futbolçu isə Qranadadır.

Xəbər 827 dəfə oxundu.