"Qarabağ"ın rəqibi İngiltərə millisinin üzvüylə yollarını ayırdı
2005-ci ildən "Tottenhem"in üzvü olan Aaron Lennon bundan sonra "Everton"un şərəfini qoruyacaq.

Liverpul təmsilçisi bu ilin fevral ayından icarə əsasında klubun şərəfini qoruyan İngiltərə millisinin üzvünün transfer hüququnu "Tottenhem"dən alıb.

Hotspurlulara 2005-ci ildə "Lids"dən qoşulan 28 yaşlı futbolçu "Tottenhem"in heyətində 362 oyuna çıxaraq, 30 dəfə rəqib qapıçıları məyus edib.

Xəbər 644 dəfə oxundu.