Fakundo Pereyra Yunanıstan klubuna qarşı oynaya bilməyəcək
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK-dan transfer etdiyi Fakundo Pereyra Yunanıstan klubuna qarşı oynaya bilməyəcək. Bu, tərəflər arasında imzalanmış müqavilədə də öz əksini tapıb.

Belə ki, müqavilə şərtlərinə əsasən argentinalı futbolçu Bakıdakı matçda meydana çıxa biləcək. Amma o, səfərdəki qarşılaşmada oynamaq imkanından məhrum olacaq.

Qeyd edək ki, "Qəbələ" ilə PAOK Avroliqanın qrup mərhələsində rəqibdir. Bu transfer isə avqustun 28-də atılmış püşkdən sonra, bir qədər də dəqiqləşdirsək, ötən gün rəsmiləşib.

Xəbər 664 dəfə oxundu.