Zabit Səmədov zədələndi | |
K-1 döyüşçüsü Zabit Səmədov zədələnib. Qroznıda keçirilən döyüşdə əlindən zədələnən idmançı həkimlərin qərarını gözləyir. Zədə ciddi olacağı təqdirdə Səmədov Almaniyadakı klinikalardan birində cərahiyyə əməliyyatı olunacaq. İlkin rəyə əsasən idmançı yalnız 1 aydan sonra yüngül məşqlərə başlayacaq. Qeyd edək ki, son dəfə Çeçenistanın paytaxtı Qroznı şəhərində “Akhmat Fight Show” çərçivəsində rinqə çıxan Azərbaycan idmançısı Zabit Səmədov “Bosniyalı maşın” ləqəbli Dzevad Poturakla üz-üzə gəlib. Üçraundluq qarşılaşmadan sonra hakimlər yekdilliklə qələbəni Zabit Səmədova veriblər. Bu Zabitin karyerasında keçirdiyi 85-ci döyüşdə 75-ci qələbəsi olub. |
|
Xəbər 740 dəfə oxundu. |
|
|