U-19-un heyəti açıqlandı
Azərbaycan milli komandasının (U-19) heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, komandanın baş məşqçisi Vəli Qasımov Antalya şəhərində Türkiyə yığması ilə keçiriləcək yoldaşlıq oyunlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib.

Bunlar Eyyub Əliyev, Elşən Abdullayev, Məqsəd İsayev (hər üçü “Neftçi”), Fərid Ağayev, Murad Musayev, Ülvi Qoçaylı (hər üçü “Qəbələ”, Azər Salahlı, Fuad Bayramov (hər ikisi “İnter”), Taşkın İltər (“Herta 03 Berlin”, Almaniya), Samir Yusifov, Şamil Cəmalləddinov, Orxan Əliyev, Ruslan Nəsirli (hamısı “Sumqayıt Şəhər”), Elnur İsmayılov (“Daçiya”, Moldova), Namiq Ələsgərov (“Bakı”), Samir Məsimov (“Lokomotiv”, Moskva) Niyaz Həsənov (klubsuz) və Maqomed Əliyevdir (“Strogino”, Rusiya).
Qeyd edək ki, yoxlama oyunları fevralın 1-də və 3-də baş tutacaq.

Xəbər 1031 dəfə oxundu.