Serbiyanın qrupu hakimlərimizə tapşırıldı
FİFA referisi Orxan Məmmədov və FİFA referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıblar.

Hakimlərimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qurupunda keçiriləcək oyunlarda iştirak edəcəklər.

Avstriya, Serbiya, Litva və Lüksemburq komandalarının yer aldığı bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda keçiriləcək.

Xəbər 798 dəfə oxundu.