“Qəbələ” məşqlərini davam etdirir
Yanvarın 20-dən etibarən Antalyanın Bələk bölgəsində təlim-məşq toplanışı keçirən “Qəbələ” ötən gün iki məşqlə hazırlıqlarını davam etdirib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, günün ilk yarısında komanda əsasən fiziki hazırlıq yüklü çalışmalar yerinə yetirib. İkinci məşqdə isə toplu çalışmalara üstünlük verilib və ikitərəfli oyun baş tutub.

Xəbər 944 dəfə oxundu.