“Zirə” klubu monteneqrolu futbolçunu heyətinə cəlb edib
“Zirə” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Monteneqrolu İqor İvanoviç karyerasını Azərbaycan komandasında davam etdirəcək.

24 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. İ.İvanoviç vətənində “Rudar”ın formasını geyib. Ötən mövsüm Monteneqro çempionluğunu qazanan İ.İvanoviç 13 qolla bombardirlər cədvəlində ikinci yeri tutub və komandasının aparıcı oyunçularından biri olub.

İ.İvanoviç “Rudar”dan əvvəl Serbiyada “OFK Belqrad” klubunun şərəfini qoruyub. Yarımmüdafiəçi 2011-ci ildə Monteneqronun 21 yaşadək futbolçulardan ibarət yığma komandasında çıxış edib.

Xəbər 796 dəfə oxundu.