Kəpəz - Şəmkir matçının vaxtı dəyişdirildi
Təlim-məşq toplanışı üçün Yevlaxda olan “Kəpəz”in hazırlıq planına uyğun olaraq yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. “Sarı-göylər” sentyabrın 4-də “Şəmkir”lə qarşılaşmalı olsa da, oyunun vaxtında dəyişiklik edilib.

Birinci divizion təmsilçisinin xahişinə əsasən, matç bir gün tez baş tutacaq. Beləliklə, “Kəpəz” -“Şəmkir” görüşü sentyabrın 3-də saat 16:00-da Yevlax şəhər stadionunda reallaşacaq.

“Kəpəz” PFK-nın mətbuat xidməti

Xəbər 722 dəfə oxundu.