Azərbaycan yığması üçün yeni sponsor
Bu gün AFFA ilə "Boulevard Hotel Baku" arasında sponsorluq müqaviləsi imzalanıb. Tərəflər arasındakı anlaşmaya görə, "Boulevard Hotel Baku" Azərbaycan yığma komandasının sponsoru olub.

Sözügedən otel eyni zamanda U-15 Liqasının da sponsoru olacaq. Sənədi AFFA-nın baş katibi Elxan Məmmədovla "Boulevard Hotel Baku"nun baş meneceri Valentin Osolos imzalayıb.

İmzalanma mərasimindən sonra Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Osolosu millimizin forması ilə mükafatlandırıb.

Xəbər 671 dəfə oxundu.