Belçikalı forvard karyerasını vətənində davam etdirəcək
“Neftçi”nin transferə çıxardığı belçikalı futbolçu Emil Mpenzanın karyerasını davam etdirəcəyi komanda müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, 34 yaşlı hücumçu bundan sonra vətənində “Vesterlo”nun şərəfini qoruyacaq. Bu barədə açıqlama verən klubun prezidenti German Vinantssın sözlərinə görə, Emilin keçidi demək olar ki, həllini tapıb:

“Mpenza hazırda müqavilə ilə məxsus olduğu “Neftçi”nin Türkiyədəki təlim-məşq toplanışındadır. Biz Antalyaya gedib ona baş çəkməyə hazırlaşırıq. Nəhayət, bu cümə onun komandamıza transferi rəsmiləşəcək. Bildiyimizə görə, İstanbul klublarından biri də Emilə göz qoyub, heyətinə qatmaq istəyir. Ancaq bizim irəli sürdüyümüz təklifin gerçəkləşəcəyinə inanırıq”.
Qeyd edək ki, Mpenza 2010-cu ilin yayından “Neftçi”nin şərəfini qoruyur və karyerasında ilk çempionluğu burada qazanıb.

Xəbər 848 dəfə oxundu.