Ramal Hüseynov 2 qol vurdu, komandası qalib gəldi
Türkiyə aşağı liqasında mübarizə aparan "Arvahinspor" yoxlama matçı keçirib.

Millimizin sabiq üzvü Ramal Hüseynovun şərəfini qoruduğu "Arvahinspor" yoxlama matçında "Pazarspor"la qarşılaşıb. 5:1 hesabı ilə yekunlaşan matçda 2 qolu Hüseynov vurub.

Qeyd edək ki, "Arvahinspor" sabah kubok matçında "Ardahanspor"la qarşılaşacaq.

Xəbər 711 dəfə oxundu.