"Azərbaycana qələbə üçün gedirik"
Xorvatiya millisinin futbolçusu Mateo Kovaçiç "Avro-2016"nın seçmə mərhələsində Azərbaycan və Norveçlə oyun öncəsi açıqlama verib.

O bütün matçların onlar üçün önəmli olduğunu deyib:

"Azərbaycan və Norveçlə oyunlarda hədəfimiz 6 xal qazanmaqdır. Bilirik ki, bu, çətin olacaq. Ancaq Azərbaycan və Norveçlə oyuna qələbə üçün gedəcəyik".

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 3-ü keçiriləcək.

Xəbər 740 dəfə oxundu.