Millinin rəqibi 5 futbolçudan imtina etdi
AVRO-2016-nın seçmə mərhələsində senbtyabrın 3-də İtaliya, bundan 3 gün sonra isə Azərbaycan millisi ilə qarşılaşacaq Malta yığmasının yekun heyəti müəyyənləşib. Milli komandanın baş məşqçisi Pyetro Gedin ilkin siyahıya 27 futbolçu dəvət etsə də, sonradan onların 5-dən imtina edib.

Belə ki, Gedin Qlenn Zammitt ("Slima”), Aleks Çini ("Pembrouk”), Conatan Karuana ("Valletta”), Ayrton Atsopardi ("Tarxien”) və Terens Velladan ("Birkrikara”) imtina edib. Klifford Qatt Baldakkino isə yığmaya çağırılıb. Beləcə millinin növbəti oyunları üçün baş məşqçinin sərəncamında 23 futbolçu qalıb:

Qapıçılar: Henri Bonello ("Valletta”), Yustin Haber ("Birkirkara”), Endryu Hoqq (AEL, Kipr);

Müdafiəçilər: Andrei Agius, Kleyton Failla (hər ikisi "Hibernians”), Stiv Borq (Aris, Kipr), Rayan Kamilleri ("Valletta”), Aleks Muskat, Klifford Qatt Baldakkino (hər ikisi "Slima”), Zak Muskat, Yosef Zerafa (hər ikisi "Birkirkara”);

Yarımmüdafiəçilər: Roderik Briffa ("Valletta”), Endryu Koen, Byorn Kristensen (hər ikisi "Hibernisnas”), Pol Fenek, Rouen Muskat, Qaret Şiberras (hamısı "Birkirkara”), Dilan Qrima ("Baltsan”), Stiv Pisani ("Floriana”);

Hücumçular: Alfred Effionq ("Baltsan”), Mikael Mifsud ("Slima”), Jan-Pyer Mifsud Triqantsa ("Valletta”), Andre Şembri ("Omoniya”, Kipr).

Qeyd edək ki, maltalıların yığmamızla qarşılaşması Ta-Kalidəki Milli stadionda baş tutacaq.

Xəbər 669 dəfə oxundu.