"Rəvan"ın 7 potensial rəqibi bəlli oldu
Bu gün UEFA Gənclər Liqasında yeni mövsümün püşkatması keçiriləcək. Çempionlar Liqasında çıxış edən klubların U-19 komandalarının ardından ən yüksək reytinqli 32 ölkənin çempionları da rəqiblərini tanıyacaq.

Ölkəmizi bu turnirdə təmsil edəcək "Rəvan"ın 7 potensial rəqibi də bəllidi. Bunlar, Moskva "Spartak"ı, "Beşiktaş", "Legiya", "Viitorul", "Minsk", "Litex" və "Aktobe"dir.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək Çempionlar yolunun püşkatması Bakı vaxtı ilə saat 16:45-də başlayacaq. Reqlamentə görə, 32 komanda əvvəlcə 16 cütlük yaradacaq. 16 qalib isə 8 cütlük formalaşdıracaq ki, yekunda ən güclü "8-lik” Çempionlar Liqası yolunda qrup ikincisi olmuş 8 kollektivlə 1/8 finala vəsiqə uğrunda yarışacaq. Qrup qalibləri isə rəqiblərini artıq birbaşa 1/8 finalda gözləyəcək.

Xəbər 661 dəfə oxundu.