Ayntraxt Balayevi heyətində saxlamaqda maraqlı deyil
Almaniyanın "Ayntraxt" klubu Azərbaycan yığmasının qapıçısı Emil Balayevin xidmətində maraqlı deyil. Frankfurt təmsilçisi azərbaycanlı qolkiper də daxil olmaqla dörd futbolçusundan xilas olmağa çalışır.

Belə ki, Almaniya klubu onları başqa klublara ya satmağa, ya da icarəyə verməyə çalışıb. Lakin həmin oyunçuların xidmətində maraqlı olan klub tapılmayıb. Almaniya mətbuatı bu dörd futbolçunun "Ayntraxt"ın əsas heyətinə düşmək şansının çox az olduğunu da vurğulayıb.

Qeyd edək ki, Balayev "Ayntraxt"a ötən ilin sonunda keçmişdi.

Xəbər 639 dəfə oxundu.