AzAL eyni rəqibə yenə qalib gəldi
Mövsümün qalan hissəsinə ölkədə hazırlaşan AzAL daha bir yoxlama oyunu keçirib. İdman.com.az saytı xəbər verir ki, “təyyarəçilər” ikinci dəfə “Neftçala” ilə qarşılaşıb. Bakı klubu I divizion təmsilçisini 2:0 hesabı ilə yenib. AzAL-ın heyətində Orxan Səfiyaroğlu və Georgi Boqyu fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş yanvarın 19-da keçirilmiş və AzAL həmin oyunda da eyni hesabla qələbə qazanmışdı. Rafiq Mirzəyevin komandası yanvarın 27-də “Rəvan”la qarşılaşacaq.

Xəbər 878 dəfə oxundu.