"Qarabağ" "Anderlext"dən oyunçu aldı
"Qarabağ” daha bir transfer reallaşdırıb. Ağdam klubu “Anderlext”in hücumçusu Samuel Armenterosu transfer edib. 25 yaşlı forvard İsveçdə anadan olub. Peşəkar karyerasında Hollandiyanın “Herenven” klubunda başlayıb. Daha sonra 4 il “Herakles”də forma geydikdən sonra “Anderlext”ə transfer olunub. Belçika təmsilçisində cəmi 5 oyun keçirən hücumçu, icarə əsasında “Feyenord” və “Villem II”də çıxış edib. Son klubunda 29 oyunda 11 qol vurub. İsveçin aşağı yaş qruplarında forma geysə də, əsas yığmaya dəvət almayıb.

Qeyd edək ki, Armenteros Ağdam klubu ilə 2 illk müqavilə imzalayıb.

Xəbər 695 dəfə oxundu.