De Xeanın keçidi baş tutdu , lakin Real onu iştirak ərizəsinə sala bilmədi
Mançester Yunayted David De Xeanın transferi zamanı bütün üzərinə düşən məsələləri vaxtında yerinə yetirib.

Məlumata görə mankunianlar futbolçunu FİFA-nın TMS sistemində vaxtında qeydiyyatdan keçiriblər.Lakin Real onu La liqada iştirak etmək üçün sifariş ərizəsinə sala bilməyib.

Beləliklə də De Xeanın hüquqları Reala məxsusdur. Lakin komanda onun xidmətindən primeronun oyunları zamanı yararlana bilməyəcək.

Kral klubu sənədləri transfer pəncərəsinin bağlanmasına 1 dəqiqə qalmış göndərdiyini sübut etməyə çalışacaq. Çox güman ki, məsələyə UEFA-nın xüsusi orqanları baxacaq.

Xəbər 652 dəfə oxundu.