Mpenza Türkiyə Superliqasında?
"Neftçi"nin hücumçusu Emil Mpenza karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. İdman.com.az saytı xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı yazıb.

Məlumata görə, hazırda Belçikanın "Vesterlo" klubu ilə danışıqlar aparan Mpenza bir İstanbul təmsilçisindən də təklif alıb. "Vesterlo" klubunun prezidenti Herman Vijnants də bu xəbəri təsdiqləyib: "Mpenza komandası ilə birgə Türkiyədə təlim-məşq toplanışında idi. Danışıqlar aparmaq üçün onun yanına getdik. Futbolçu ilə anlaşmaq üzrə idik ki, transfer təxirə salındı. İstanbul klublarından biri Mpenzaya bizim edə bilməyəcəyimiz bir təklif irəli sürüb".

Qeyd edək ki, 2010-cu ildən "Neftçi"nin heyətində çıxış edən 31 yaşlı futbolçu "Schalke", "Manchester City" və "Hamburger" kimi komandalarda çıxış edib.

Xəbər 927 dəfə oxundu.