Yığmamız Belarusa qalib gəldi
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib.

Millimiz ABU Arena-da Belarus yığması ilə qarşılaşıb.

Matç yığmamızın qələbəsi ilə başa çatıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan komandamız ikinci hissədə vurduğu 5 qolla görüşdən qalib ayrılıb - 5:2.

Xəbər 675 dəfə oxundu.