"Borussiya"nın üzvü "Fiorentina"da
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Borussiya" (Dortmund) yarımmüdafiəçisi Yakub Blaşikovskini "Fiorentina"ya bir illik icarəyə verib.

Dortmundlular bu keçiddən 1 milyon avro qazanıblar.

Polşa millisinin üzvü 2007-ci ildən "sarı-qaralar"ın şərəfini qoruyur. 29 yaşlı yarımmüdafiəçi bu müddətdə keçirdiyi 252 oyunda 32 dəfə rəqib qapılara yol tapıb.

Blaşikovskinin "Borussiya" ilə müqavilə müddəti 2018-ci ilin yayında başa çatacaq.

Xəbər 696 dəfə oxundu.