Qəbələ PAOK-dan futbolçu transfer etdi
UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra heyətini gücləndirən “Qəbələ” daha bir futbolçunu sıralarına qatıb. Transfer pəncərəsinin son günündə ikinci hücumçu ilə anlaşan komanda Vaqif Cavadovun ardından Fakundo Abel Pereyranı da rənglərinə bağlayıb.

28 yaşlı argentinalı hücumçu 2014-cü ildən Yunanıstanın PAOK klubunun üzvüdür. “Qəbələ” icarə əsasında heyətinə qatdığı Pereyra ilə 1 illik anlaşıb. Cənubi amerikalı Saloniki təmsilçisinə keçənədək vətənində “Estudiantes” (2006-2011), “Ximnasiya” (2012-2014, icarə əsasında), Çilidə “Palestino” (2009, icarə əsasında), “Audaks İtaliano” (2011-2012), Meksikada “San Luis” (2012-2014) klublarında çıxış edib.

Xəbər 974 dəfə oxundu.