"Xəzər Lənkəran" yoxlama oyunu keçirəcək
Milli komandaların qarşıdakı seçmə mərhələdə keçirəcəyi oyunlarla bağlı Premyer Liqada verilən fasilə müddətində “Xəzər Lənkəran” hazırlığını Lənkəranda davam etdirir.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda son dörd günü gün ərzində iki məşq olmaqla hazırlığını Lənkərandakı bazasında keçirir. Məşqlərdə milli komandaların düşərgəsinə çağrılan Rahid Əmirquliyev, Ruslan Abışov, Vüqar Nadirov, Elnur Cəfərov və U-21 millimizə dəvət alan İlyas Səfərzadə ilə Orxan Əliyev iştirak etmir.

Sabah bir məşqlə hazırlığı tamamlayan komanda sentyabr ayının 2-də əvəzedici heyətlə yoxlama xarakterli oyun keçirərək fasilə müddətindəki hazırlığın ilk mərhələsini yekunlaşdıracaq.

Xəbər 692 dəfə oxundu.