"Rəvan" "Zaqatala" ilə bacarmadı
AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə səbəbilə Zaqatalada toplanışda olan "Rəvan” ilk yoxlama oyununu keçirib.

Paytaxt klubu Zaqatala Olimpiya Kompleksinin stadionunda yenicə yaradılan, yeni mövsümdən I divizionda mübarizə aparacaq "Zaqatala” klubu ilə qarşılaşıb. Premyer Liqada qələbəyə həsrət olan "Rəvan" bir ayın klubunu da yenə bilməyib: matç qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, "aslanlar” növbəti yoxlama görüşünü sabah "Qəbələ”nin əvəzedici komandasına qarşı keçirəcək. Qəbələdə baş tutacaq duel saat 18:30-da başlayacaq.

Xəbər 670 dəfə oxundu.