Qəbələ Vaqif Cavadovu icarəyə götürdü
Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Qəbələ" heyətinə daha bir futbolçu qatıb. Bölgə təmsilçisi milli komandamızın və "Xəzər Lənkəran"ın hücumçusu Vaqif Cavadovu heyətinə qatıb.

Maraq üçün qeyd edək ki, Cavadov bu yay Türkiyənin "Boluspor" klubundan "Xəzər Lənkəran"a transfer olunmuşdu. Amma o, cənub təmsilçisinə FİFA tərəfindən qoyulmuş transfer qadağası səbəbindən Premyer Liqanın ilk üç turunda meydana çıxa bilməmişdi.

Cavadov "Qəbələ"yə icarəyə verilib. O, bu klubda yarım il çıxış etdikdən sonra yenidən "Xəzər Lənkəran"a qayıda bilər.

Xəbər 688 dəfə oxundu.