Dario Srna Xorvatiya millisindən gedir
Xorvatiya millisinin kapitanı Dario Srna "Avro-2016"nın final mərhələsindən sonra yığmadakı karyerasını başa vuracaq.

Bu barədə 33 yaşlı futbolçunun özü açıqlamasında bildirib.

"Şaxtyor"un (Donetsk) futbolçusu qərarının qəti olduğunu açıqlayıb: "Gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsindən sonra yığmadakı karyeramı başa vuracam. Bu, mənim qəti qərarımdır. Fiziki olaraq özümü yaxşı hiss edirəm. Sadəcə artıq gənclərin yolunu açmağın vaxtıdır. Bundan sonra bütün diqqətimi "Şaxtyor"a yönəltmək istəyirəm".

Qeyd edək ki, Srna 2002-ci ildən çıxış etdiyi Xorvatiya millisinin heyətində keçirdiyi 123 oyunda 21 qol vurub.

Xəbər 684 dəfə oxundu.