Rüfət Dadaşov yeni klubunda ilk qolunu vurdu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 6-cı turun oyunları keçirilib. Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun yeni komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Optik Ratenov"u qəbul edib. Matç futbolçumuzun komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb və 3-cü dəqiqədə hesabı açıb.

Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 16-cı pillədə yer alıb.

Xəbər 663 dəfə oxundu.