Səid Rəfili BƏƏ-də keçirilən beynəlxalq turnirin qalibi oldu
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 22 –ci beynəlxalq şahmat festivalı başa çatıb. Festivalda ölkəmizlə yanaşı Rusiya, Ukrayna, ABŞ, ingiltərə, Polşa, Hindistan, Latviya, Macarıstan, Gürcüstan, Türkiyə, İran, Estoniya, Özbəkistan, Misir, Qətər, Almaniya və digər ölkələrdən ümumilikdə 450-dək şahmatçı iştirak edirdi. Yarış “Maters”, “Open” və “Juniors “ turnirlərindən ibarət keçirilirdi. Azərbaycanı müxtəlif qruplarda Vüqar Əsədli,Nərmin Xələfova, Kənan Heydərli, Nail Bəşirli, Məhəmməd Muradlı, Turan Əsgərova, Səid Rəfili, Nərmin Söyünlü, Fərid Mustafayev, Mətin Mürsəlli, Rəfail Manafov, Vüqar Manafov, Adnan Əliyev təmsil edirdilər.

Festivalın “Masters” turnirində iştirak edən təmsilçilərimiz Nail Bəşirli,Nərmin Xələfova vəKənan Heydərli hərəyə 4 xal toplayıblar.

“Open turniri”ndə 8-ci turun oyunları yekunlaşıb.Həmyerlilərimizdən Turan Əsgərova 7 xal toplayaraq İran təmsilçisi Ebrahim Qadiri ilə 1-2-ci yerləri bölüşdürür.Nərmin Söyünlü isə aktivinə 6.5 xal yazaraq 3-7-ci yerləri bölüşdürərək əlavə göstəricilə görə 7-ci pillədə qərarlaşıb. Vüqar Manafov və İsmayıl İsmayılzadə hərəyə 6 xal toplayaraq 11-12-ci yerləri bölüşdürürlər.

“Juniors” turniri başa çatıb. 7 turdan ibarət keçirilən yarışda həmyerlilərimiz Səid Rəfili və Vüqar Manafov hərəyə 6.5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər.Əlavə göstəricilərə görə Səid Rəfili turnirin qalibi adını qazanıb.Adnan Əliyev,Fərid Mustafayev,Rəfail Manafov və Mətin Mürsəlli qalibdən 1 xal az toplayaraq 5.5 xalla ilk onluqda qərarlaşıblar.

Xəbər 680 dəfə oxundu.