"Qarabağ" "Tvente"nin sabiq müdafiəçisindən imtina etdi
"Qarabağ" Avroliqanın qrup mərhələsi üçün transfer çalışmalarını davam etdirir. İdman.com.az qaynar.info-ya istinadən xəbər verir ki, artıq Ağdam klubu mərkəz müdafiəçisi almaqdan vaz keçib.

Bunun üçün komandaya təklif olunan Henriko Drost və "Tvente"nin sabiq mərkəz müdafiəçisindən imtina edilib. Məlumata görə, sonuncu futbolçu İngiltərə Çempionşipində çıxış edirmiş və "Qarabağ"a icarəyə verilməli imiş.

Ancaq "Qarabağ" bu mərkəz müdafiəçilərdənsə, "yaralı" olan hücum xəttinə pullarını yönəltməyi daha lazımlı bilib. Bunun üçün hazırda Ağdam klubu sərbəst futbolçu almalıdır. Bu gün isə Azərbaycanda "transfer pəncərəsi" bağlanır.

Xəbər 695 dəfə oxundu.