"Liverpul"un futbolçusu rəsmən "Fənərbaxça"da
"Fənərbaxça" "Liverpul"un futbolçusu Lazar Markoviçin transferini rəsmiləşdirib.

İstanbul təmsilçisi serbiyalı futbolç ilə 1 illik müqavilə imzalayıb.

Serbiya yığmasının futbolçusu icarə əsasında "Fənərbaxça"da çıxış edəcək.

Qeyd edək ki, 2014-cü ildə 25 milyon avro müqabilində "Benfika"dan "Liverpul"a transfer olunan 21 yaşlı futbolçu İngiltərə təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 3 qol vurub.

Xəbər 696 dəfə oxundu.