“Gəmiqayıranlar” Almaniya klubuna qarşı
Yanvarın 16-dan Antalyada təlim-məşq toplanışına başlayan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama matçına çıxacaq. İdman.com.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın rəqibi Almaniyanın Şimal Regional Liqasında mübarizə aparan “Volfsburq II” komandası olacaq.

Oyun cənub təmsilçisinin məskunlaşdığı “Spise” otelinin meydançasında keçiriləcək. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmanı çox güman moldovalı hakimlər idarə edəcəklər.

Xatırladaq ki, bu, “ağ-yaşıllar”ın toplanış çərçivəsində ikinci sınağı olacaq. Cüneyd Biçərin rəhbərlik etdiyi kollektiv ilk yoxlama görüşündə Türkmənistan millisinin 3:1 hesabı ilə məğlub etmişdi.

Xəbər 900 dəfə oxundu.