"Tottenhem"dən 27 milyonluq təklif
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" heyətini gücləndirməyi planlaşdırır.

London təmsilçisi "Zenit"in futbolçusu Aksel Vitseli transfer etmək istəyir.

İngiltərə klubu belçikalı futbolçunun transferi üçün 27 milyon avrosundan keçməyə hazırdır. 25 yaşlı yarımmüdafiəçi ilə İtaliyanın "Yuventus" və "Milan" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Vitselin "Zenit"lə 2017-ci ildə başa çatacaq müqaviləsini yeniləmək istəmədiyi məlum olub. O, cari mövsüm keçirdiyi 6 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 658 dəfə oxundu.