Məşhur gülüş ustası “Top-Top xanım” deyir
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin talismanının - maskotunun adının müəyyənləşdirilməsi ilə bağlı müsabiqə elan olunub. İdman.com.az saytının məlumatına görə, müsabiqəyə təkliflərini göndərənlər arasında “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə də var.

Məşhur gülüş ustası maskotun “Top-Top xanım” adlandırılmasını təklif edib. O, təklifini belə əsaslandırıb ki, “Top-Top xanım” adının futbolun əsas atributlarından biri olan top sözü ilə bağlılığı var. Üstəlik, “top” ifadəsi bir çox dildə “ən yaxşı” mənasında işlədilir.

Xəbər 1208 dəfə oxundu.