"Kəpəz"də yeni şura üzvləri
Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının tərkibi genişlənib. Quruma daha iki üzv qəbul olunub.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov Gəncə klubunun Müşahidə Şurasının yeni üzvləri seçilib.

"Kəpəz” PFK-nın mətbuat xidməti

Xəbər 838 dəfə oxundu.