Türkiyə superliqası: "Fənərbaxça" "Antalyaspor"u məğlub etdi
Türkiyə superliqasında III turun oyunlarına yekun vurulub.

Son oyun günündə daha 4 qarşılaşma keçirilib.

“Əskişəhərspor” öz meydanında “Rizespor”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

“Akhisar səfərdə “Trabzonspor”un qonağı olub. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.

"Sivasspor" - "Osmanlıspor" matçında bərabərlik qeydə alınıb - 1:1

“Fənərbaxça” öz meydanında “Antalyaspor”u sınağa çəkib. Görüş İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 702 dəfə oxundu.