De Brüyne futbol tarixinin ən bahalı futbolçuları sırasına düşdü
Volfsburqun futbolçusu Kevin De Brüyne karyerasını Mançester Sitidə davam etdirəcək.

Beləliklə də 75 milyona transfer edilən 24 yaşlı futbolçu futbol tarixində bahalılığına görə 8-ci yerdə qərarlaşıb.

Bundan başqa o , həmçinin belçikalı futbolçular arasında ən bahlısı olub.Qeyd edək ki, bu göstəriciyə görə o, 46 milyona transfer edilən Kristian Bentekeni ötüb.

Xatırladaq ki, alman klubu yarımmüdafiəçini ötən il Çelsidən 25 milyona almışdı.

Xəbər 664 dəfə oxundu.