Qəbələnin rəqibi Hertanı məğlub yola saldı
Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilib. Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Herta" ilə qarşılaşıb. Matç "Qəbələ"nin rəqibinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Dortmundluların qollarını Mats Hummels, Pyer-Emerik Obameyanq və Adrian Ramos vurub.

Qeyd edək ki, "Borussiya" hazırda 9 xalla liderdir.

Xəbər 714 dəfə oxundu.